Dünya

İordaniyada təyyarə qəzası: Ölənlər var

Sharing is caring!


İordaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində azı iki hərbçi həlak olub.

Bu barədə ölkənin ordu komandanlığı məlumat yayıb.

“İordaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarələrindən biri təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza nəticəsində pilotlar mayor Ömər Ətta əl-Abadi və kapitan Məhəmməd Abdulla əl-Xudeyr həlak olublar”, – məlumatda bildirilir.

Hadisənin səbəbləri barədə məlumat verilmir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir