Dünya

ABŞ-da helikopter qəzası: Nigeriyalı bank direktoru ailəsilə birgə həlak oldu

Sharing is caring!


Nigeriyanın “Access Bank”ının baş icraçı direktoru Herbert Viqve, həyat yoldaşı və oğlu Kaliforniya-Nevada ştatlarının (ABŞ) sərhədində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.

Bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru, əvvəllər Nigeriyanın maliyyə naziri vəzifəsində çalışmış Nqozi Okonjo-İveala bildirib.

Qeyd edək ki, “Eurocopter EC 130” helikopteri Nipton şəhəri yaxınlığında qəzaya uğrayıb. Onun göyərtəsində 6 nəfər olub və onlardan heç biri sağ qalmayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir