Dünya

Fransada AES-də yanğın: Reaktorların fəaliyyəti dayandırılıb

Sharing is caring!


Fransanın qərbində yerləşən “Şinon” Atom Elektrik Stansiyasında (AES) iki reaktor yanğın səbəbindən işini dayandırıb.

Bu barədə ölkənin Nüvə Təhlükəsizliyi İdarəsinin məlumat verib.

“Yanğın nəticəsində üç nömrəli reaktorun əsas xarici enerji təchizatının itirilməsi reaktorun avtomatik dayanmasına səbəb oldu”, – rəsmi məlumatda bildirilir.

Yanğının söndürülməsindən sonra istifadə olunan suyun toplanması üçün qonşu dördüncü reaktorun da müvəqqəti söndürüldüyü bildirilir.

Bildirilir ki, bu, onun daşmasının və suyun ətraf mühitə daxil olmasının qarşısını almaq üçün edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir