Dünya

İranda iki nəfəri qətlə yetirən əsgər öldürülüb – FOTO

Sharing is caring!


Əlborz əyalətinin polis komandanlığı Savcabulaq şəhərində əsgərin bir polis və bir vətəndaşı öldürdüyünü açıqlayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, sözügedən əyalətin Xilasetmə İdarəsinin əsgəri patrul xidməti zamanı polis əməkdaşını öldürdükdən sonra qaçıb. Daha sonra o, bir vətəndaşı da öldürərək, onun avtomobilini oğurlayıb.

Qeyd olunub ki, təhlükəsizlik qüvvələri əsgərin qaçırdığı avtomobilə atəş açıblar. Nəticədə avtomobil aşaraq əsgərin ölümünə səbəb olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir