İqtisadiyyat Manşetüstü

Azərbaycan nefti bahalaşdı

Sharing is caring!

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 21-də 64,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,44 dollar/barel çoxdur.

XəbərAl.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,4 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,32 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 60,64 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,36 dollar/barel çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir