Dünya

Məşhur aktyorun ulduzu Hollivudun Şöhrət Xiyabanında yer alıb

Sharing is caring!


“Oskar” mükafatına namizəd Mark Ruffalo Hollivudun Şöhrət Xiyabanında şəxsi ulduzuna sahib olub.

Aktyoru dəstəkləməyə onun həyat yoldaşı, uşaqları, həmkarı Cennifer Qarner, rejissorlar Devid Finçer, “Marvel”in prezidenti Kevin Feyq və başqaları gəliblər.

Ruffalo toplaşanlara dəstəyə görə təşəkkür edib və Hollivuddakı yaradıcılıq yolunun necə başladığını xatırladıb:

“Nənəm mənə həftədə 20 dollar göndərirdi və “Sənə inanıram” yazırdı”, – aktyor bildirib.

Qeyd edək ki, Ruffalonun ulduzu Hollivud Bulvarında sayca 2722-cidir.

Mənbə: film.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir