Dünya

Rusiyada federasiya prezidenti başından güllələnib?

Sharing is caring!


Ötən gün meyiti tapılan Sankt-Peterburq (Rusiya) Karate Federasiyasının prezidenti Vitali Konevin ölümünə təsadüfən açılan atəşin səbəb olduğu göstərilir.

Bildirilir ki, ekspertlər Konevin başında 5,45 kalibrli güllə aşkar ediblər. Üstəlik, Konevin cəsədinin tapıldığı “Nevski” atış klubu yaxınlığında yalnız təhlükəsizlik perimetri ilə ayrılmış hərbi poliqon var.

Müstəntiqlərin bir versiyasına görə, Konev qonşu poliqonda Kalaşnikov avtomatından açılan atəş nəticəsində güllə ilə vurularaq təsadüfən öldürülüb.

Hazırda faktla bağlı “Qətlə səbəb olma” maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, Konevin meyiti fevralın 7-də günorta saatlarında “Nevski” atıcılıq klubunun ərazisində aşkar edilib. Belə ki, idman kompleksinin rəhbəri əraziyə baxış keçirərkən qarda huşsuz vəziyyətdə uzanan kişini görüb və təcili tibbi yardım çağırıb. Ancaq həkimlərin tibbi müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerində istintaq zorakı ölüm əlamətləri aşkar etməsə də, sonradan, yarılma zamanı Konevin başında güllə yarası olduğu məlum olub.

Mənbə: “BAZA” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir