Dünya

Rusiyada prezident seçkisində dörd namizəd mübarizə aparacaq

Sharing is caring!


Rusiyada seçki bülletenində prezidentliyə dörd namizədin adı olacaq.

Məlumata görə, namizədlər Rusiyanın hazırkı Prezidenti Vladimir Putin, Vladislav Davankov, Leonid Slutski, Nikolay Xaritonovdur.

Bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova xəbər yayıb.

Qeyd edək ki, Rusiya MSK “Vətəndaş Təşəbbüsü” partiyasından Boris Nadejdinin və “Rusiya Kommunistləri” partiyasından Aleksey Malenkoviçin prezidentliyə namizədliyini qeydə almayıb. Bu, onların dəstəklənməsi üçün toplanan imzaların 10%-dən çoxunun etibarsız olması ilə əsaslandırılıb.

Mənbə: RBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir