Dünya

Qəzzada həlak olan 31 girov barəsində yaxınlarına məlumat verilib

Sharing is caring!


İsrail hərbçiləri Qəzza zolağında keçirilən hərbi əməliyyat zamanı anklavda saxlanılanlardan 31 girovun həlak olması barədə yaxınlarına məlumat verib.

Bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Hagari bildirib.

“İsrail ordusu bu ağır günlərdə girov götürülənlərin ailələrinin yanındadır və nümayəndələrimiz ailələrə onların yaxınları ilə bağlı ancaq dəqiqləşdirilmiş məlumatı verirlər. Ölümü təsdiqlənən 31 girovun ailəsinə artıq məlumat vermişik”, – deyə o brifinqdə bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir