Dünya

“Facebook” və “Instagram”dan süni intellektlə yaradılmış şəkillər barədə YENİLİK

Sharing is caring!


“Facebook” və “Instagram” süni intellekt (AI) istifadə edilərək yaradılan fotorealistik görüntüləri etiketləyəcək.

Bu barədə “Meta” şirkətindən məlumat verilib.

Şirkət bu qərarı seçki mövsümü öncəsi prezidentliyə namizədlərin seçicilərə təsir etmək üçün dipfeyklərdən istifadə etməsi ilə bağlı narahatlıqlar fonunda qəbul edib.

“Biz gələn il ərzində bu yanaşmaya sadiq qalacağıq, çünki dünyada bir sıra prezident seçkiləri keçiriləcək” deyə “Meta”nın qlobal məsələlər üzrə prezidenti Nik Kleq bildirib.

Mənbə: The Sun

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir