Dünya

ABŞ prezidentliyinə namizəd təhdidlərə məruz qalıb

Sharing is caring!


ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi və prezidentliyə namizəd Nikki Heyli qoruma tələbi üzrə Birləşmiş Ştatların Məxfi Xidməti ilə əlaqə saxlayıb.

“Bir çox təhdidlər var idi. Amma bu məni görməli olduğum işi dayandırmağa vadar etməyəcək”, – deyə siyasətçi bildirib.

Heyli onu Məxfi Xidmətlə əlaqə saxlamağa məcbur qoyan səbəbləri açıqlamayıb. Lakin medianın namizədin seçki qərargahına istinadən yazdığına görə, buna səbəb hədələr olub. Qərargah onların məzmununu açıqlamayıb.

ABŞ Məxfi Xidməti dövlətin yüksək vəzifəli şəxslərinin qorunmasına cavabdehdir.

Mənbə: RBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir