Dünya

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bakıda “Türk şəhidliyi”ni ziyarət edib

Sharing is caring!


“106 il əvvəl Nuri Paşanın rəhbərliyi ilə Türkiyə ordusunun Azərbaycana gəlişi və yazılan qəhrəmanlıq dastanı iki dövlət arasında qardaşlıq əlaqələrini əbədiləşdirdi”.

“Report” xəbər verir ki, bu barədə fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə etmək məqsədilə Azərbaycana gələn Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, türkiyəli millət vəkili Şamil Ayrım Bakıda “Türk şəhidliyi”ni ziyarət edərkən deyib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əbədi olacaq:

“Azərbaycan və Türkiyənin bütün şəhidlərinə Allah rəhmət eləsin!”

Ş.Ayrım xatırladıb ki, Türkiyənin ikinci ən böyük şəhidliyi Azərbaycandadır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir