Dünya

Qazaxıstan prezidenti yeni hökumət qurur: Üç nəfəri əvvəlki vəzifəsinə qaytardı

Sharing is caring!


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni hökumət kabinetini formalaşdırır.

Tokayevin müvafiq fərmanı ilə Oljas Bektenov Qazaxıstanın yeni baş naziri olub.

Kabinetin üç üzvü əvvəlki vəzifəsinə yenidən təyin edilib.

Bunlar Murat Nurtleu (baş nazirinin müavini, eyni zamanda, xarici işlər naziri), Ruslan Jaksılıkov (müdafiə naziri), Yerjan Sadenovdur (daxili işlər naziri).

Qeyd edək ki, dünən Kasım-Jomart Tokayev hökumətin istefası haqqında fərman imzalamışdı.

Mənbə: Sputnik Qazaxıstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir