Dünya

Niderland “Facebook”dan tamamilə imtina edə bilər

Sharing is caring!


Niderland hakimiyyəti istifadəçi məlumatlarının təhlükəsizliyinə təminat verilmədiyinə görə “Facebook” sosial şəbəkəsindən tamamilə imtina etməyi düşünür.   

Ölkənin Daxili İşlər Nazirliyi şəbəkədəki məxfi məlumatların emalı metodundan narahat olduğunu xatırladıb və qaydalara məhəl qoyulmasa, ölkədə platformanı bloklamaqla hədələyib. 

Hələ yeddi il əvvəl ölkənin Məlumatların Mühafizəsi İdarəsi istifadəçilərin məlumatlandırılması və həssas məlumatların idarə edilməsi sahələrində “Facebook”un məlumatların məxfiliyi qanunlarını pozduğunu aşkar edib. 

Bildirilir ki, platformanın rəhbərliyi Niderland hakimiyyətinin tələblərini nəzərə alaraq istifadəçi məlumatlarının məxfilik qaydalarını tənzimləməsə, “Facebook” ölkə üzrə bloklanacaq. 

Mənbə: nsn.fm 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir