Dünya

Rusiyada sərxoş gömrük generalının polis bölməsində çəkilən görüntüləri gündəm oldu – VİDEO

Sharing is caring!


Rusiyada Federal Gömrük Xidmətinin baş idarəsinin maddi-texniki təminat şöbəsinin rəhbəri, general-leytenant Oleq Zavqorodniyə aid görüntülər yayılıb.

Bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.

Videoda görünür ki, Daxili İşlər Nazirliyinin şöbəsində general-leytenant sərxoş vəziyyətdə yerdə uzanıb. O, qışqıraraq polis əməkdaşlarına hücum etməyə çalışıb.

Görüntülər Kalininqrad şəhərində lentə alınıb.

Bundan əvvəl general-leytenant Zavqorodni və gömrük xidməti rəis müavini, general-polkovnik Andrey Strukovun kollegiyada iştirak etmək üçün şəhərə gələrək bahalı oteldə yerləşdikləri bildirilmişdi. Orada onlar dava salıb, söyüş söyüb və oteldə qalan insanlara sataşıblar. Nəticədə Zavqorodni saxlanılıb və kollegiyada iştirak etməyib.

Hadisə artıq sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Rusiyanın Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədrinin birinci müavini Nikolay Arefiyev bildirib ki, qeyd olunan vəzifəli şəxslər kobud davranışa görə cəzalandırılmalıdırlar.

Mənbə: msk1.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir