Dünya

Trump yeni sərhəd qanunu haqqında: “Yalnız axmaqlar səs verə bilər”

Sharing is caring!


ABŞ-nin keçmiş prezidenti Donald Tramp ölkədə sərhəd nəzarətini gücləndirmək, Ukrayna və İsraili dəstəkləmək üçün ayrılacaq vəsaiti birləşdirən əlavə maliyyələşdirmə qanun layihəsinə yalnız axmaqların səs verə biləcəyi deyib.  

“Ancaq axmaq və ya radikal solçu demokrat gün ərzində yalnız 5 min keçiddən sonra hakimiyyətə sərhədi bağlamaq hüququ verən bu dəhşətli sərhəd qanun layihəsinə səs verə bilər”, – Tramp “Truth Social” səhifəsində yazıb.  

O, həmçinin qeyd edib ki, təqdim olunan sənəd demokratlar üçün hədiyyədir və sərhədlər və immiqrasiya üzrə xarici yardımla bağlılığı olmayan ayrıca qanun layihəsi hazırlamaq lazımdır. 

Xatırladaq ki, ABŞ Senatı cənub sərhədində nəzarətinin gücləndirilməsi, Ukrayna və İsrailə yardım üçün ayrılacaq vəsaitləri birləşdirən maliyyə paketini millət vəkillərinin müzakirəsinə təqdim edib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir