Dünya

Prezident seçkisi ilə əlaqədar Gürcüstandakı Səfirliyimizdə MnSK yaradılıb

Sharing is caring!


Yeddi fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi ilə əlaqədar 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları üçün ölkəmizin Gürcüstandakı Səfirliyində Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb.

Bu barədə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyindən bildirilib.

“Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi ilə əlaqədar Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb.

Ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4.

18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları səsvermə zamanı aşağıdakı etibarlı sənədlərdən birini MnSK-ya təqdim etməlidirlər:

Ümumvətəndaş pasportu, diplomatik pasport, xidməti pasport.

Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının müvafiq etibarlı pasportuna sahib olmayan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları etibarlı şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə bilərlər.

Yeddi fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi Tbilisi vaxtı ilə saat 08:00-dan 19:00-dək davam edəcək.

Əlaqə üçün: +995555250993 , +995322243004”, – səfirlikdən bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir