Dünya

Gənc türkiyəli yarımmüdafiəçi “Hall Siti”də

Sharing is caring!


“Trabzonspor”un 24 yaşlı futbolçusu Abdulkadir Ömür İngiltərənin “Hall Siti” klubuna keçib.

Məlumatı klubun mətbuat xidməti yayıb.

Yarımmüdafiəçi 3,5 illik müqavilə imzalanıb.

Türkiyə mətbuatı isə yazır ki, türkiyəli məşhur aparıcı Acun İlıcalının rəhbəri olduğu “Hall Siti” bu transferə görə “Trabzonspor”a 6 milyon avro pul ödəyəcək.

Öz növbəsində “Hall Siti”nin baş məşqçi Liam Rosenior türkiyəli futbolçu barədə yüksək fikir səsləndirib:

“Abdulkadir ilk dəfə Antalyada “Trabzonspor”la yoldaşlıq görüşündə qarşılaşdım və onun nə qədər yaxşı futbolçu olduğunu dərhal anladıq. Nəhayət yaxşı keyfiyyətlərə malik bu futbolçunu komandamıza qatmaq üçün fürsət yarandı. Azarkeşlərimiz onun oyununu izləməkdən zövq alacaqlar. O qapıya yol tapmağı, qol epizodları yaratmağı və qol vurmağı bacaran futbolçudur”.

Qeyd edək ki, Abdulkadir Ömür peşəkar karyerasını “Trabzonspor”da başlayıb. Solaxay oyunçu Türkiyə milli komandasının heyətində 12 dəfə meydana çıxıb.

Mənbə: Wearehullcity.co.uk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir