Dünya

İranda son 12 gündə 25-dən çox məhbus edam edilib – FOTO

Sharing is caring!


İranda Urmiya, Səbzevar, Kərəc, Bircənd, Şiraz, Zahidan, Şirvan və Həmədan şəhərlərinin zindanlarında yanvarın 21-dən bu günə qədər 28 nəfər dar ağacından asılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib. 

İranda bir sıra insan haqları təşkilatlarının məlumatına görə, bu müddət ərzində edam edilən 22 məhbus narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham ediliblər.

Qeyd olunub ki, Avstraliyanın Xarici İşlər Nazirliyi bu gün İrandakı edamları dəhşətli adlandırıb və hökumətin qanunsuz edamlarını pisləyib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir