Dünya

Rusiya “İl-76”da ölənlərin identifikasiyası ilə bağlı kadrları paylaşdı – FOTO/VİDEO

Sharing is caring!


“İl-76” təyyarəsinin Belqorod vilayətində qəzaya uğraması nəticəsində həlak olanların hamısının, o cümlədən 65 ukraynalı hərbi əsirin şəxsiyyəti müəyyən edilib.

Bu barədə jurnalistlərə Rusiya İstintaq Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, hadisə yerində ölənlərin cəsədlərinin 670-dən çox fraqmenti aşkar edilib. Bundan əlavə, qismən qorunan şəxsi sənədlər də müsadirə edilib.

Yeri gəlmişkən qeyd edək ki, “İl-76”nın vurulduğu silah növü müəyyən edilib, Rusiya İstintaq Komitəsi araşdırma görüntülərini yayıb.

Bildirilib ki, təyyarə ABŞ-nin “Patriot” zenit-raket kompleksi tərəfindən vurulub. “İl-76” iki raketlə hücuma məruz qalıb, onların 110-dan çox parçası aşkar edilib.

Onu da qeyd edək ki, “Planet Labs” peyki hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğradığı yeri göstərən ilk peyk görüntülərini dərc edilib. Kadrda təyyarənin qəza zamanı buraxdığı izin təxminən 500 metr məsafəni əhatə etdiyi görünür.

Mənbə: RT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir