Dünya

Yeni Zelandiya kosmetikada “əbədi kimyəvi maddələrin” istifadəsini qadağan edən ilk ölkə oldu

Sharing is caring!


Yeni Zelandiya kosmetikada “əbədi kimyəvi maddələrin” (PFAS) istifadəsini qadağan edən ilk ölkədir. Bu maddələr ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Qeyd olunur ki, Yeni Zelandiya Ətraf Mühitin Mühafizəsi Təşkilatı (EPA) tərəfindən tətbiq edilən qadağa 2026-cı il dekabrın 31-dən qüvvəyə minəcək. Bundan əlavə, 30 iyun 2028-ci il tarixinədək tərkibində kimyəvi maddələr olan bütün kosmetik məhsulların utilizasiyası planlaşdırılır.

“Əbədi kimyəvi maddələr” gündəlik həyatda geniş istifadə olunan sintetik kimyəvi maddələrdir. Uzun parçalanma müddətinə görə onlara “əbədi” deyilir.

Kimyəvi maddələr ən çox dırnaq lakı, təraş kremi, tonal krem, pomada və tuş kimi kosmetik vasitələrin istehsalında istifadə olunur. Bu maddələrin istifadəsi kosmetikanı suya davamlı edir və onların istifadəsini müddətini uzadır.

Xatırladaq ki, 2023-cü ilin aprelində ABŞ-nin bəzi ştatlarının, o cümlədən Kaliforniya, Kolorado və Merilend ştatlarının səlahiyyətliləri oxşar məhdudiyyətlər tətbiq ediblər. Onlar 2025-ci ildə qüvvəyə minəcək. Lakin qadağa bütün ölkəyə deyil, yalnız müəyyən ərazilərə şamil edilir.

Mənbə: octagon.media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir