Dünya

Fransada Parisin əsas bazarında iğtişaş törədən 79 etirazçı saxlanılıb – VİDEO

Sharing is caring!


Fransa polisi Paris yaxınlığındakı Ryunjidə Avropa İttifaqının ən böyük bazarına daxil olaraq orada iğtişaşlar törədən 79 etirazçı fermeri saxlayıb.

Məlumata görə, nümayişçilər iğtişaşlar törədib və ətrafdakı obyektlərə ziyan vurublar.

Qeyd edək ki, Fransada fermerlərin kütləvi nümayişləri sənaye nümayəndələrinin inflyasiya səbəbindən gəlirlərin azalması və Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalının artması ilə bağlı narazılıqlar fonunda keçirilir. Fermerlər həmçinin Aİ tələbləri ilə bağlı bürokratik prosedurların sadələşdirilməsini və kənd təsərrüfatının daha yumşaq tənzimlənməsini tələb edirlər. Etiraz əlaməti olaraq fermerlər traktorlardan istifadə etməklə yolları bağlayır və hökumət binaları qarşısında nümayişlər keçirirlər.

Yanvarın 30-u axşama olan məlumata görə, bütün Fransada fermerlərin iştirakı ilə təxminən 122 etiraz aksiyası keçirilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir