Dünya

Ukraynada raket və dron hücumları ciddi dağıntılar törədib – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Ukraynada Kiyev də daxil olmaqla əksər vilayətlərdə hava həyəcan siqnalları müşahidə olunub:

“Ümumiyyətlə, son üç gün ərzində Ukraynanın istər cəbhəyanı, istərsə də, cəbhədən kənar vilayətlərinə hava hücumları yenidən intensivləşib. Ötən gecə Xarkov, Xerson, Dnepropetrovsk, Donetsk, Zaporojye və Kirovoqrad vilayətlərində kütləvi hücumlar qeydə alınıb”.

Qeyd edilib ki, hava hücumları sözügedən vilayətlərdə ciddi dağıntılara səbəb olub. Hücumlar əsasən dronlar və ballistik raketlərlə həyata keçirilib.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir