Dünya

Laporta keçmiş baş məşqçini “Barselona”ya dəvət etmək istəyir

Sharing is caring!


Frank Raykard da “Barselona”nın hazırkı baş məşqçisi Xavinin yerinə namizədlər sırasında yer alıb.

Məlumata görə, klub prezidenti Joan Laporta artıq Raykardla əlaqə saxlayıb. Bundan əlavə, “blauqrana”nın rəhbəri irlandiyalı Marko van Basteni komandada köməkçi məşqçi kimi görmək istəyir.

61 yaşlı Raykard 2003-2008-ci illərdə “Barselona”nın məşqçisi olub. Onun rəhbərliyi altında kataloniyalılar iki dəfə İspaniya çempionu və Çempionlar Liqasının qalibi olublar.

2013-cü ildən Səudiyyə Ərəbistanı millisindən ayrıldıqdan sonra məşqçilik etməyib.

Mənbə: sport.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir