Dünya

Noyer ən yaxın dostunun adını çəkdi

Sharing is caring!


Münhen “Bavariya”sının qapıçısı Manuel Noyer klubda və Almaniya milli komandasındakı yoldaşı Tomas Müller haqqında danışıb.

“Yəqin ki, ən çox kiminlə oynadığımı bilirsiniz, bu Tomas Müllerdir. Onunla heç vaxt darıxdırıcı olmur, hətta bir masa arxasında kart oynayanda da. Onun yanında olmaq gözəldir. Demək olar ki, eyni yaşdayıq və artıq birlikdə çox şey yaşamışıq. Biz nəinki meydanda çoxlu mübarizələrdən keçmişik, həm də futbol meydançasından və məşq meydançasından kənarda çox vaxt keçiririk”, – deyə M.Noyer qeyd edib.

Məlumat üçün əlavə edək ki, 37 yaşlı Noyer 2011-ci ildən “Bavariya”da çıxış edir. T.Müller Münhen klubunun yetirməsidir. 34 yaşlı futbolçu 2008-ci ildən Münhenin əsas komandasında çıxış edir.

Mənbə: “Bayern & Germany” “X” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir