Dünya

Rusiyada maraqlı drift videosu çəkmək istəyən bloqerlər qəza törətdilər – VİDEO

Sharing is caring!


Rusiyanın Ufa şəhərində səs-küylü drift videosu çəkməyə çalışan bloqerlərin cəhdi uğursuzluqla nəticələnib.

Bloqerlərin idarə etdiyi BMW markalı avtomobil divara çırpılıb.

Bir qrup oğlan iki maşınla şəhərin küçələrində təhlükəli hərəkətlər nümayiş etdirməyə, avtomobillərdən fişəng atmağa başlayıblar. Lakin maşınlardan birinin sürücüsü növbəti manevrdə idarəetməni itirib və divara çırpılıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Məlumata görə, avtomobil özünü kouç və biznes-mentor adlandıran Azamat Talxin adlı yerli bloqerə məxsusdur. O, qəzadan sonra etdiyi hərəkətə görə peşman olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Mənbə: “SHOT” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir