Dünya

Avropada bütün yeni avtomobillərə “qara qutu” quraşdırılacaq

Sharing is caring!


Avropa İttifaqında satılan bütün yeni avtomobillərdən 2024-cü ilin iyul ayından etibarən “qara qutu” tipli hadisələrin qeydə alınması (EDR) cihazı ilə təchiz edilməsi tələb olunacaq.

Bu barədə Avropa Komissiyasının sənədlərinə istinadən məlumat yayılıb.

EDR avtomobilin markası və modeli, həmçinin avtomobildə quraşdırılmış avadanlıq haqqında məlumatları saxlayacaq. Cihaz müxtəlif məlumatları, o cümlədən sürət, əyləc və təhlükəsizlik sistemləri haqqında məlumatları qeyd edəcək.

EDR-nin quraşdırılması tələbi səkkiz yerə qədər oturacağı olan M1 sinifli minik avtomobillərinə, həmçinin N1 sinfinə aid kommersiya avtomobillərinə, o cümlədən çəkisi 3,5 tona qədər olan pikap və furqonlara şamil ediləcək.

ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatına görə, ölkədə satılan yeni avtomobillərin 99,5%-i artıq analoji qurğularla təchiz olunub.

Mənbə: iz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir