Dünya

Qırğızıstanda avtobusun qəzaya uğraması nəticəsində beş nəfər ölüb – FOTO

Sharing is caring!


Qırğızıstanın şimalındakı Çuy vilayətində baş verən yol-nəqliyyat hadisəsində beş nəfər ölüb, 13 nəfər yaralanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin nümayəndələri məlumat verib.

Sərnişin mikroavtobusu ilə minivenin toqquşması səhər saatlarında baş verib. İlkin məlumata görə, avtomobilin sürücüsü idarəetməni itirərək qarşı zolağa çıxıb.

“Dörd nəfər hadisə yerində, bir nəfər isə daha sonra xəstəxanada dünyasını dəyişib. 13 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti çox ağırdır”, – deyə rəsmi məlumatda bildirilir.

Mənbə: vesti.kg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir