Dünya

Meksika sərhədində gərginlik: Bayden ultimatum verdi – VİDEO

Sharing is caring!


ABŞ-nin Meksika ilə sərhədində federal və yerli təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

Texas qubernatoru Qreq Ebbott ABŞ sərhədini qoruyan federal qoşunları qovub və onların yerinə öz Milli Qvardiyasını təyin edib.

Buna səbəb Prezident Co Baydenin qeyri-qanuni miqrant axını ilə bağlı tədbir görməməsi olub. 

Meksika ilə sərhəddən bir il ərzində ABŞ-yə üç milyondan çox miqrant daxil olub ki, bu da hətta ölkənin “işğalı” kimi qiymətləndirilib. 

Bütün bu müddət ərzində Texas qubernatoru Qreq Ebbott federal hakimiyyət orqanlarından sərhədin mühafizəsi üçün əlavə resurslar ayırmağı xahiş etsə də, yardım ala bilməyib. Nəticədə qeyri-qanuni mühacirlərə qarşı təkbaşına mübarizə aparmaq qərarına gəlinib.

Ştat qubernatorunun göstərişi ilə yerli təhlükəsizlik qüvvələri sərhəddəki Rio-Qrande çayı boyunca 48 kilometrlik əraziyə tikanlı məftildən hasar çəkib və baryerlər yerləşdiriblər.

Bundan əlavə, Texasda yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarına qeyri-qanuni mühacirləri həbs etmək, təqib etmək, cəzaçəkmə müəssisəsinə yerləşdirmək, eləcə də məhkəmə qərarı ilə deportasiya etmək imkanı verən qanun qəbul edilib.

ABŞ Ali Məhkəməsi Bayden administrasiyasının müdafiəsinə qalxıb və sərhəd patrul xidmətinə bütün maneələri aradan qaldırmağa icazə verib. Lakin texaslılar hakimiyyətin əmrlərinə tabe olmayıblar. Ebbott federal qoşunları qovub və onları öz milli qvardiyaçıları ilə əvəz edib. Onlar İql-Pass şəhərində sərhəd bölgələrini nəzarətə götürüblər və oraya federal sərhəd işçilərini buraxmırlar. Həmçinin, sərhədi tikanlı məftillərlə hasarlamağa davam edirlər.

Ebbottun bu addımlarını respublikaçıların 25 qubernatoru dəstəkləyib. Bayden hökuməti isə Texas qubernatorunu miqrantlar və sığınacaq axtaranlar üçün şəraiti çətinləşdirməkdə ittiham edib.

Co Baydenin müttəfiqləri hətta çağırış edirlər ki, o, Texas Milli Qvardiyasını öz nəzarəti altına götürsün.

Texas ştatına ABŞ Ali Məhkəməsinin qərarına əməl etmək və sərhəd patrul postlarını federal hökumətə təhvil vermək üçün 24 saat vaxt verilib.

Amerikalı milyarder İlon Mask da Texasın mövqeyini müdafiə edib və ABŞ Prezidenti Co Baydenin administrasiyasını qeyri-qanuni miqrasiyanın təşviqində günahlandırıb.

Mənbə: Utyug.info

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir