Dünya

Qırğızıstanın pəncərədən tullanan deputatı həbs edilib

Sharing is caring!


Qırğızıstanda müstəntiqlərdən gizlənərkən parlamentin binasındakı kabinetinin pəncərəsindən tullanan deputat Emil Jamqırçiyev bir ay müddətinə həbs edilib.

Məlumata görə, deputat Emil Jamqırçiyev barəsində MTN-in İstintaq Təcridxanasında həbs qətimkan tədbiri seçilib.

Deputat qərarla razılaşmadığını və vəkili ilə birlikdə buna etiraz edəcəyini bildirib. O, özünü təqsirli saymadığını və ona qarşı irəli sürülən bütün ittihamları da qəbul etmədiyini bildirib.

Deputat Emil Jamqırçiyev dərhal məhkəmə zalından aparılıb.

Xatırladaq ki, yanvarın 9-da Emil Jamqırçiyevin Qırğızıstan parlamentinin içində yoxa çıxması barədə məlumat yayılıb. O, ikinci mərtəbənin pəncərəsindən atılaraq gözdən itib.

Mənbə: tengrinews.kz

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir