Dünya

“Google Chrome” brauzerinə süni intellekt dəstəyi əlavə edilib

Sharing is caring!


“Google” şirkətinin proqramçıları “Chrome” brauzerinə süni intellekt (AI) dəstəyi əlavə ediblər.

Bu barədə layihənin bloqunda məlumat verilir.

Yeniliklər “Windows” və “macOS” üçün “Chrome 121” istifadəçilərinə təqdim ediləcək. Bu, onlara brauzerin pəncərələrini avtomatik olaraq qruplara ayırmağa imkan verəcək. Süni intellekt içində mövzuya görə ayrılmış pəncərələr olan qovluqlar yarada biləcək.

“Chrome”a gələcək yeniləmələrdə mətn yaratmaq üçün dəstək əlavə ediləcək.

“Google” şirkətində qeyd ediblər ki, bu funksiya internetdə müəyyən bir məhsula baxış keçirməyə, rəsmi dəvət yazmağa, səlahiyyətlilərə düzgün sorğu tərtib etməyə və sair məsələlərdə kömək edəcək.

Həmçinin proqramın parametrlərində süni intellektdən istifadə edərək mövzuların yaradılması funksiyası olacaq. Süni intellekt ekran şəkili, günün vaxtı və ya istifadəçi istəkləri əsasında fonu dəyişəcək.

Yeni süni intellekt funksiyalarını ilk dəfə ABŞ-dəki “Chrome” istifadəçiləri təcrübədən keçirəcəklər. Bu funksiyaları aktivləşdirmək üçün proqram parametrlərində “Eksperimental süni intellekt” bölməsinə keçid etmək lazımdır.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir