Dünya

Eritreyaya buraxılmayan Almaniya XİN rəhbərinin təyyarəsi Səudiyyə Ərəbistanına endi

Sharing is caring!


Almaniyanın xarici işlər naziri Annalena Berbok və nümayəndə heyətini daşıyan təyyarə Eritreyanın hava məkanından istifadəyə icazə ala bilmədiyi üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərinə eniş edib.

Təyyarənin kapitan pilotu “Bütün səylərimizə baxmayaraq, Eritreyadan uçuş icazəsi ala bilmədik”, – deyə bildirib.

Qeyd edilib ki, hava məkanından istifadəyə icazə üçün sorğu uçuşdan əvvəl verilib. Lakin icazə hələ alınmasa da, uçuş zamanı veriləcəyi gözləntisilə təyyarə havaya qalxıb.

Məlumata görə, uçuş zamanı icazə gözləyən təyyarə Qırmızı dəniz üzərində bir saatdan çox dövr edib.

Berbokun təyyarəyə yanacaq doldurduqdan sonra səyahətinə davam edəcəyi, yoxsa Berlinə dönəcəyi bəlli deyil.

Xatırladaq ki, Almaniyanın xarici işlər nazirinin Cibuti, Sudan və Keniyaya səfəri gözlənilir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir