Dünya

ABŞ və Böyük Britaniya Yəməndə husilərin hədəflərinə yeni zərbələr endirib

Sharing is caring!


ABŞ və Britaniya silahlı qüvvələri Yəməndə husilərin (“Ənsar Allah” hərəkatı) hədəflərinə zərbələr endirib.

Bu barədə ABŞ-nin rəsmi mənbələri məlumat yayıblar.

Məlumata görə, zərbələrdə döyüş gəmiləri və sualtı qayıqlardan atılan “Tomahawk”dan, həmçinin döyüş təyyarələrindən atılan raketlərdən istifadə olunub. Əsas hədəf husilərin raket anbarları və buraxılış qurğuları olub.

“Ənsar Allah” hərəkatının mətbuat xidməti də paytaxt Səna və bir sıra əyalətlərə zərbələr endirildiyini bildirib.

Xatırladaq ki, yanvarın 12-də ABŞ Böyük Britaniyanın dəstəyi ilə Yəməndə husilərin mövqelərinə hücum edib. ABŞ-nin zərbələri yanvarın 13 və 14-də də davam edib. Yanvarın 18-də ABŞ ordusu husilərin gəmi əleyhinə raketlərinə hücum edib.

Mənbə: Associated Press

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir