Dünya

İranda 74 yaşlı fəal həkimlərin rəyinə baxmayaraq yenidən həbsxanaya qaytarıldı – FOTO

Sharing is caring!


Ərdəbil şəhərindən olan Güney Azərbaycan Milli Hərəkatının fəalı və hüquqşünas Pərviz Siyabi noyabrın 17-də həbsxanaya qaytarılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Bildirilib ki, sağlamlığında problemlər yaranan 74 yaşlı milli fəal bir müddət öncə tibbi məzuniyyətə buraxılıb.

Pərviz Siyabinin müalicə olunması ilə bağlı beş nəfərdən ibarət həkim heyətinin arayış verməsinə baxmayaraq, onun müalicəsinin davam etdirilməsinə icazə verilməyib və o, yenidən Ərdəbilin mərkəzi həbsxanasına qaytarılıb.

Xatırladaq ki, o, 2022-ci il noyabrın 9-da təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Milli fəal “hökumətə müxalif media ilə əlaqə qurmaq və sosial şəbəkələrdə hakimiyyət əleyhinə müsahibələr vermək”də ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir