Dünya

ABŞ Hərbi Dəniz Qüvvələri komandanından bəyanat: “İranın Qırmızı dənizdəki hücumlarda birbaşa əli var”

Sharing is caring!


“İranın Qırmızı dənizdə husilər tərəfindən atəşə tutulan gəmilərə hücumlarda birbaşa əli var”.

Bu sözləri ABŞ-nin Yaxın Şərqdəki Hərbi Dəniz Qüvvələrinin komandanı Bred Kuper deyib.

“Deyim ki, İran açıq-aydın husiləri maliyyələşdirir, resurslarla təmin edir, sursatla təchiz edir və təlimlər keçir… Aydındır ki, onların bu işdə bilavasitə əli var. Burada hər hansı bir sirr yoxdur”, – deyə Kuper bildirib.

O, İranın proksi qüvvələrinin hücumlarının artdığını da etiraf edib. Komandanın sözlərinə görə, əvvəllər proksi qüvvələr təkcə Fars körfəzi və Hörmüz boğazını təhdid edirdilərsə, indi söhbət bütün Yaxın Şərqdən gedir.

“Aydındır ki, husilərin fəaliyyəti, ticarət gəmiçiliyinə hücumları baxımından, son iki nəsildə gördüyümüzdən daha əhəmiyyətli hal alıb”, – deyə Kuper qeyd edib.

Mənbə: “Associated Press”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir