Dünya

Parisdə Eyfel qülləsinin qarşısında mitinq başlayıb

Sharing is caring!


Bir neçə min insan Fransada immiqrasiya qaydalarını sərtləşdirən yeni qanunla razılaşmadığını bildirmək üçün Paris küçələrinə çıxıb.

Qeyd olunur ki, aksiya 2023-cü ilin sonunda qəbul edilmiş qanunun respublikanın mövcud konstitusiyasına uyğunluğunu yoxlamalı olan Fransanın ali konstitusiyaya nəzarət orqanı olan Konstitusiya Şurasının qərarının elan edilməsindən dörd gün əvvəl keçirilməyə başlayıb.

Fransanın daxili işlər naziri Jerald Darmanenin hazırladığı normative akta qarşı keçirilən mitinqdə həmkarlar ittifaqı və tələbə təşkilatlarının, eləcə də siyasi partiyaların nümayəndələri qatılıblar. Xüsusilə, Fransa Kommunist Partiyası, “İtaətsiz Fransa” Partiyası və solçu “İşçi mübarizəsi” hərəkatının üzvləri mitinqdə iştirak edirlər.

Eyfel qülləsinə baxan Trokadero meydanına toplaşan etirazçılar “Darmanin qanununu ləğv edin” və “Fransız və ya miqrant – hamımız fəhlə sinfiyik” şüarları səsləndirirlər.

Mitinqin keçirildiyi ərazidə gücləndirilmiş polis qüvvələri var, lakin onlar etirazçılara müdaxilə etmirlər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir