Dünya

Pakistanda ən çox axtarılan terrorçu həbs edildi

Sharing is caring!


Pakistanda Kəraçi polisi ilə təhlükəsizlik qüvvələri birgə kəşfiyyat əməliyyatı keçirərək qadağan olunmuş “Təhrik-e-Taliban Pakistan” (TTP) qruplaşmasının ən çox axtarılan terrorçusunu həbs ediblər.

Həbs edilən şəxsin “Əmjad” ləqəbli Əbdül Qaffar olduğu və onun üzərindən partlayıcı maddələrin götürüldüyü bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, saxlanılan şəxs qadağan olunmuş silahlı təşkilatın komandiri, müfti ləqəbli Məhəmməd Əlinin yaxın adamı olub.

Saxlanılan şəxs 2011-ci ilin oktyabrında Abdulla Şah Qazi ziyarətgahında intihar hücumu planlaşdırmaqda iştirak edib. Hadisədən sonra Əbdül Qaffar qaça bilib. Onun Kəraçiyə qruplaşma şəbəkəsini yenidən qurmaq niyyəti ilə qayıtdığı da məlum olub.

Mənbə: nation.com.pk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir