Dünya

Rusiyada başqırd fəala görə aksiyalar davam edir – FOTO/VİDEO

Sharing is caring!


Başqırdıstanda (Rusiya) dörd il müddətinə azadlıqdan məhrum edilən Fail Alsınova dəstək məqsədilə paytaxt Ufada etiraz aksiyası keçirilib. Mərkəzi meydanda iki minə yaxın insan toplaşıb.

Aksiya bir müddət sonra polislə qarşıdurmaya çevrilib, saxlanılanlar var.

Məlumata görə, tutulan aktivistlərin üzərində “kara xalık” (“qara camaat”) yazılan geyimlər olub.

Xatırladaq ki, məhz bu sözlər Fail Alsınova qarşı “nifrət və ya düşmənçiliyi qızışdırmaq” maddəsi ilə işin başlanmasına səbəb olub. İstintaq bu bəyanatı Qafqaz və Mərkəzi Asiya sakinlərinə qarşı təhqir kimi qiymətləndirib. Beləliklə, Kuştau dağının mühafizəsi hərəkatının fəalı Fail Alsınov dörd il müddətinə azadlıqdan məhrum edilib.

Hökm oxunan gündən bəri ölkədə aksiyalar davam edir.

Mənbə: Currenttime.tv

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir