Dünya

Nikol Paşinyan: “Ermənistanın yeni konstitusiyaya ehtiyacı var”

Sharing is caring!


“Ermənistanın yeni konstitusiyaya ehtiyacı var”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə deyib.

“Mənim, eləcə də bir sıra həmkarlarımın fikrincə, Ermənistanın yeni konstitusiyaya ehtiyacı var – konstitusiyaya düzəlişlər yox, yeni konstitusiyaya. Ədliyyə naziri ilə işgüzar söhbət zamanı bunu ona görə qeyd etdim ki, daha geniş müzakirələrə səbəb olsun”, – deyə Paşinyan bildirib.

“Ermənistan Respublikasında səsvermənin nəticələrinə əsasən, Ermənistan Respublikası xalqı tərəfindən qəbul edilmiş konstitusiya olmalıdır. O, heç kimdə şübhə yaratmamalıdır. Bu, həm də legitimliklə bağlı mühüm amildir”, – baş nazir vurğulayıb.

O qeyd edib ki, onun fikrincə, gələcəyə strateji baxış Ermənistanın “suveren, hüquqi, demokratik və sosial dövlət” olmasından ibarət olmalıdır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir