Dünya

Husilər Ədən körfəzində ABŞ tankerinə hücum ediblər – FOTO

Sharing is caring!


Yəmənin şimalında hakim olan “Ənsar Allah” (husilər) hərəkatının yaraqlıları Ədən körfəzində üç gün ərzində ticarət gəmisinə üçüncü hücumunu həyata keçirib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) xəbər verilib.

“Yanvarın 18-də İranın dəstəklədiyi husi terrorçuları Marşal adaları bayraqlı, ABŞ-yə məxsus olan və Yunanıstanın idarəçiliyində olan “Chem Ranger” tankerinə gəmi əleyhinə iki ballistik raket atıblar”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, heyət üzvləri raketlərin gəminin yanında suya düşməsini izləməli olublar.

“Dağıntılar və heyət üzvləri arasında xəsarət alanlar barədə məlumat yoxdur. Gəmi hərəkətə davam edib”, – deyə hərbçilər vurğulayıblar.

Bundan əvvəl “Al Jazeera” telekanalı husilərin bəyanatına istinadən Ədən körfəzində ABŞ-nin “Chem Ranger” gəmisinə hücum edildiyini bildirib. Yəmən qruplaşması “dəniz raketləri” ilə gəminin birbaşa vurulduğunu iddia edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir