Dünya

Azərbaycanlıların Natəvanın heykəlinə edilən vandalizmə qarşı etirazı Fransa mətbuatında dərc olunub

Sharing is caring!


Fransanın bir sıra KİV-ində azərbaycanlı şairə Xurşidbanu Natəvanın Evian şəhərində ucaldılmış heykəlinə edilən vandalizmə qarşı azərbaycanlıların etiraz aksiyaları ilə bağlı yazılar dərc olunub. Xüsusilə də, bununla bağlı “Le Dauphine Libér锓Le Messager” qəzetlərində məqalələr dərc edilib.

KİV-in yaydığı məlumata görə, yanvarın 13-də Azərbaycan icmasının 20-yə yaxın üzvü Evian şəhərində Xurşidbanu Natəvanın heykəli önünə toplaşıb. Mitinq şairənin heykəlinin plastik örtüklə bağlanmasından bir neçə həftə sonra baş tutub və Evianla İsmayıllının qardaş şəhər münasibəti şübhə altına alınıb.

Qeyd olunan məqalələrdə bildirilib ki, 2015-ci ildə Evian şəhərinin meri M.Fransina İsmayıllı ilə dostluq və əməkdaşlıq xartiyası imzalayıb. İki şəhər arasında dostluq əlaməti olaraq bağ salınıb. Dostluq nizamnaməsinə uyğun olaraq, Azərbaycan şəhəri şairə X.Natəvanın heykəlini bağışlayıb. Lakin dekabrın sonunda heykəl vandalizm aktına məruz qalıb və beynəlxalq konteksti nəzərə alaraq bu, güclü siyasi məzmun qazanıb, baxmayaraq ki, xidmətin baş direktoru Eviana E.Parizonun sözlərinə görə, heç kim məsuliyyəti öz üzərinə götürməyib.

“Şəhər bununla bağlı şikayət edib, araşdırma aparılır. Bu hadisə yerli səviyyədə faktiki olaraq diqqətdən kənarda qalsa da, onsuz da Fransa ilə münasibətlərin korlanmasından çox yazan Azərbaycan mətbuatında böyük əks-səda doğurdu. Söhbət mahiyyət etibarı ilə Evianla İsmayıllı şəhəri arasında imzalanmış dostluq xartiyasının fəaliyyətinin dayandırılmasından, heykəlin yerləşdiyi ərazidən “Azərbaycan bağı” lövhəsinin götürülməsindən gedir. Abidənin özü isə şairənin azad qadın kimi tanınması əsası ilə saxlanılıb”, – deyə Fransa mətbuatı yazır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir