Dünya

Banqkokdan uçan təyyarədəki ilan böyük xaosa səbəb olub – VİDEO

Sharing is caring!


Təyyarənin baqaj hissəsindən salona sürünən ilan sərnişinlər arasında böyük xaosa səbəb olub.

Məlumata görə, insident “AirAsia Thai” şirkətinin Banqkokdan Pxuketə uçan təyyarəsində baş verib.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdən ilanın baqaj bölməsinin səthində yavaş-yavaş süründüyü, onu görən sərnişinlərin isə tez oturacaqlarını tərk etdiyi əks olunub.

Daha sonra stüardessa plastik butulkadan istifadə edərək ilanı tutmağa çalışsa da, bacarmır. Bir kişi zibil torbasını açır və sürünəni butulkanın içinə atır.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir