Dünya

İspaniya Kuboku: “Barselona” 1/4 finalda – VİDEO

Sharing is caring!


İspaniya üçüncü divizionunu təmsil edən və öncəki matçda “Vilyarealı” turnirdən kənarlaşdıran “Unionistas” İspaniya Kubokunun 1/8 final mərhələsində “Barselona” ilə qarşılaşıb.

Salamankadakı “Reina Sofia” stadionunda keçirilən oyun 1:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Matçda qollara Qomez (31, 1:0), Torres (45, 1:1), Kunde (69, 1:2) və Balde (73, 1:3) imza atıblar.

Bu nəticə katalon klubuna turnirin 1/4 final mərhələsində oynamaq hüququ qazandırıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir