Dünya

Suriyada ərəb əşirətləri ilə PKK terrorçuları arasında TOQQUŞMA

Sharing is caring!


Suriyanın şərqindəki Deyrizor əyalətində ərəb əşirətləri ilə PKK/YPG terror təşkilatları arasında 7 məntəqədə qarşıdurma baş verib.

Bu barədə yerli mənbələrdən məlumat əldə edilib.

Məlumata görə, gecə saatlarında Deyrizorun şərq və cənub-şərqində baş verən qarşıdurmalar zamanı ərəb əşirətləri Bağöz qəsəbəsi, Kişkiyye, Cenine, İzbe, Əbu Hamam, Ziban və Suveydan kəndlərində terrorçulara aid yol-nəzarət məntəqələrini, qərargahları və maşınları hədəf alıblar.

Ərəb əşirətləri Cenine kəndinə basqın zamanı 6 PKK/YPG terrorçusunu sağ olaraq ələ keçiriblər.

Digər tərəfdən, PKK/YPG terrorçuları İzbe kəndində 16 yaşlı uşağı əsir götürüblər. Hazırda uşaqla bağlı məlumat yoxdur.

Xatırladaq ki, 7 yanvar 2024-cü ildə də ərəb əşirətləri ilə terrorçular arasında toqquşma olub.

Deyrizorda işğal altındakı bölgələrdə terror təşkilatının təzyiqi altında olan ərəb əşirətləri ilə PKK/YPG terrorçuları arasında 2023-cü ilin avqust ayından bəri tez-tez qarşıdurmalar yaşanır.

Terror təşkilatının ABŞ ordusunun dəstəyi ilə “İŞİD-ə qarşı mübarizə” adı altında işğal etdiyi Deyrizor əhalisinin hamısını ərəblər təşkil edir. Terror təşkilatı işğal etdiyi bölgələrdə ərəb uşaqlarını zorla öz sıralarına cəlb edir. Bölgədə ələ keçirdiyi neft quyularından çıxarılan nefti, ABŞ-nin sanksiyalarına baxmayaraq, qaçaqmalçılar vasitəsilə Dəməşq rəhbərliyinə satır və bundan gəlir əldə edir.

PKK/YPG bunlardan öz fəaliyyətləri üçün istifadə edir, bölgə xalqı isə yerli xidmət və yardımlardan məhrum qalır.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir