Dünya

Ukraynada buz döyüşləri başladı – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecədən Donetsk, Xarkov, Xerson və Zaporojye vilayətlərinə Rusiya Ordusunun hücumları artıb.

“Təkcə bir gecədə 78 hərbi toqquşma olub. Onların hamısının qarşısı Ukrayna ordusu tərəfindən alınıb”, – deyə jurnalist qeyd edib.

Məlumata görə, Xerson və Zaporojyedə vəziyyət daha gərgindir.

“Bu istiqamətdə Dnepr çayı demək olar ki, donub. Lakin Ukrayna ordusu ötən aylarda əldə etdiyi üstünlüyü qoruyub saxlayır, buz üstündə döyüşlər gedir”, – deyə M.Aslanov bildirib.

Ətraflı videonu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir