Dünya

ABŞ keçmiş prezidentin ölkəyə girişinə qadağa qoydu

Sharing is caring!


ABŞ Dövlət Departamenti korrupsiyada ittiham etdiyi Qvatemalanın keçmiş prezidenti Alexandro Giammatteyin səlahiyyət müddəti başa çatdıqdan üç gün sonra ABŞ-yə girişini qadağan edib.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyanat verib.

“Dövlət Departamenti Giammatteyin Qvatemala prezidenti olduğu müddətdə dövlət vəzifələrini yerinə yetirməsi müqabilində rüşvət aldığı, qanunun aliliyinə və hökumətin şəffaflığına xələl gətirən hərəkətlərə yol verdiyinə dair etibarlı məlumatlara sahibdir”, – deyə bəyanatda bildirib.

Həmçinin Giammatteyin ABŞ-yə girişinə qadağa qoyulduğu qeyd edilib.

Bəyanatda ABŞ-nin Qvatemalada və Qərb yarımkürəsində şəffaflığı və idarəçiliyi gücləndirməkdə qərarlı olduğu, buna xələl gətirənlərin əməllərinə görə hesab verməsi üçün bütün vasitələrdən istifadə edəcəyi vurğulanıb.

ABŞ, həmçinin ölkə demokratiyasına zərbə vurmaqda ittiham olunan Qvatemalanın yüzlərlə məmuruna və vətəndaşına qarşı sanksiya tətbiq edib.

Xatırladaq ki, 2023-cü il avqustun 20-də ölkədə keçirilən prezident seçkisinin ikinci turunda qalib gələn Bernardo Arevalo yalnız yanvarın 14-də Konqresdə and içə bilib və Alexandro Giammattey vəzifəsini tərk edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir