Dünya

ABŞ və Böyük Britaniya Yəmənə gecə boyu silsilə zərbələr endirib – FOTO/VİDEO

Sharing is caring!


ABŞ və Britaniya Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) nəzarətində olan ərazilərinə gecə boyu silsilə zərbələr endirib.

Bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Bildirilir ki, Damar, Taiz, Hodeyda və Əl-Bayda əyalətlərinə hücum edilib.

ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı (CENTCOM) məlumatı təsdiqləyib. Bildirilir ki, hücum zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin regiondakı gəmiləri üçün təhlükə yaradan husilərin 14 raket buraxılış qurğusu hədəf alınıb.

Qeyd edək ki, yanvarın 17-də husilər Ədən körfəzində Marşal adalarının bayrağı altında üzən və ABŞ-yə məxsus olan “Genco Picardy” yük gəmisinə hücum ediblər. Bundan sonra gəminin göyərtəsində yanğın baş verib.

CENTCOM-un məlumatına görə, yük gəmisi zədələnib, lakin onun heyəti xəsarət almayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir