Dünya

Makronun çıxışı etirazçılar tərəfindən kəsildi – FOTO/VİDEO

Sharing is caring!


Fransa prezidenti Emmanuel Makron niderlanda səfəri zamanı qatıldığı “Nexus” İnstitutu proqramında çıxış edərkən etirazla qarşılanıb.

Etirazçılar Makron danışarkən üzərində “Zorakılıq və riyakarlığın prezidenti” yazılmış pankartlar açıblar.

Nümayişçilər “Fransa demokratiyası haradadır? Biz onu nə vaxt itirmişik?”, – deyə qışqırıblar.

Bundan sonra prezidentin çıxışı yarıda kəsilib.

Mühafizəçilər cəld müdaxilə edərək nümayişçiləri zaldan çıxarıblar.

Etirazçılar çölə çıxarıldıqdan sonra “sosial müzakirənin aparılması çox vacibdir” deyən Makron çıxışına “Fransada müzakirə etdiyimiz məsələlərlə bağlı bütün suallarınızı cavablandıra bilərəm” ifadələri ilə davam edib.

Makron həmçinin bildirib ki, qanunlara qarşı “istədiklərini” edənlər “demokratiyanı riskə atırlar”.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir