Dünya

III Çarlz müvəqqəti olaraq dövlət vəzifələrini yerinə yetirməyəcək

Sharing is caring!


Böyük Britaniya kralı III Çarlz gələn həftə tibbi prosedurdan keçəcək. Bununla bağlı o, müvəqqəti olaraq dövlət vəzifələrini yerinə yetirməyi dayandıracaq.

Bu barədə Bukingem Sarayının bəyanatında deyilir.

“Hər il minlərlə kişidə olduğu kimi, kralın da prostat vəzisinin böyüməsi səbəbi ilə müalicəyə ehtiyacı var. Əlahəzrətdə aşkar edilən törəmə xoşxassəlidir və o, gələn həftə korreksiya proseduru üçün xəstəxanaya müraciət edəcək. Kralın ictimai vəzifələri (onun) sağalması üçün qısa müddətə təxirə salınacaq”, – bəyanatda qeyd olunub.

Xatırladaq ki, III Çarlzın 75 yaşı var. O, 2022-ci ilin sentyabrında anası II Yelizavetanın (1926-2022) ölümündən sonra taxta çıxıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir