Dünya

ABŞ qüvvələri ələ keçirilən gəmidə İran istehsalı olan raketlər aşkarladı – FOTO

Sharing is caring!


İran tərəfindən silahların Yəmən husilərinə göndərilməsinin qarşısının alınması məqsədilə baş tutan əməliyyat zamanı ABŞ qüvvələri ələ keçirilmiş gəmidə İran istehsalı olan raketlərin başlıqlarını aşkarlayıblar.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“The Washington Post”da dərc olunan xəbərə görə, adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, Somali sahilləri yaxınlığında ələ keçirilən gəmiyə raket başlıqları və bir sıra sursatlar İrandan yüklənib.

Qeyd olunub ki, daha öncə husilər üçün nəzərdə tutulan İran istehsalı silahların axtarış əməliyyatı zamanı iki Amerika əsgəri Somali sahilləri yaxınlığında itkin düşüb.  

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir